Sənayedə istehsal olunmuş malların həcmi açıqlanıb

2022-ci ilin yanvar-okyabrında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 64,4 milyard manat təşkil edib. Bu barədə Bakı Şəhər Statistika İdarəsindən (BŞSİ) komitəsindən məlumat verilib.
Qeyri-dövlət sektorundan 90,9 faiz, istehsalın ümumi həcmində sənaye məhsulunun həcmi 95,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 4,7 faiz təşkil edib.
Sənaye məhsulunun 86,0 faizi mədənçıxarma, 12,2 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
2022 ci il noyabrın 1- nə olan statistikada əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 516,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























