• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda şərab evində saxta spirtli içkilərin satışının həyata keçirildiyi aşkarlanıb

Bakıda şərab evində saxta spirtli içkilərin satışının həyata keçirildiyi aşkarlanıb
30.11.2022 21:00
Bakıda şərab evində saxta spirtli içkilərin satışının həyata keçirildiyi aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Saxtalaşdırılmış spirtli içkilərin satışının həyata keçirilməsi ilə bağlı daxil olan müraciət əsasında, paytaxtın Xətai rayonu, G.S.Mehmandarov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həmidli Aqşin Ceyhun oğluna məxsus "Wine House” şərab evində Agentlik əməkdaşları tərəfindən araşdırma aparılıb. Yoxlama zamanı ticarət obyektinin vitrinində 2 ədəd 1l-lik "Absolut Vodka”, 2 ədəd 0,7 ml-lik "Neft Vodka”, 3 ədəd 0,7 ml-lik "Nemiroff Vodka Delikat”, 1 ədəd 1l-lik "Nemiroff Vodka Delikat”, 2 ədəd 0,7 ml-lik "Nemiroff Vodka Original”, 2 ədəd 1l-lik "Nemiroff Vodka Original”, 1 ədəd 0,5 ml-lik "Nemiroff Vodka Original” və 1 ədəd 1l-lik "Nemiroff Vodka Wheat” əmtəə nişanlı saxta araq məhsulları aşkar edilib. Faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol