Rusiya və İran aviasiya və gəmiqayırma sahəsində birgə razılığa gəliblər

İran və Rusiya energetika, gəmiqayırma və təyyarəqayırma sahəsində birgə layihələrin həyata keçirilməsinə dair razılığa gəliblər. Bu barədə İranın sənaye, mədən və ticarət nazirinin müavini, İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak bildirib.
Peymanpak və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin çərşənbə günü Rusiya Sənayeçi Forumu çərçivəsində Rusiya-İran işgüzar əməkdaşlıq şurasının yaradılması haqqında memorandum imzalayıblar.
Peymanpak deyib ki, birgə tikinti və layihələndirmə layihələri – turbinlərin birgə layihələndirilməsi və istehsalı, gəmiqayırma, vaqon, helikopter və təyyarə istehsalı, təyyarə, o cümlədən traktor və kənd təsərrüfatı texnikası üzrə prinsipial razılaşmalar əldə olunub.
www.anews.az

O əlavə edib ki, İran tərəfi Rusiya Federasiyası ilə birgə şirkətlər yaratmaq imkanının nəzərdən keçirildiyi "bu sahələrdə layihələri fəal şəkildə həyata keçirmək" niyyətindədir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib