• $
  • €
  • ₽
  • ₺
  • £

Buzovnadakı qətlin tək şahidi danışdı - Video

Buzovnadakı  qətlin tək şahidi danışdı - Video
30.11.2022 13:18
Ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsində bir ailədən 2 nəfərin qətli, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı üzə çıxıb.


"Qafqazinfo”nun əməkdaşları qətlin baş verdiyi Buzovna qəsəbəsi, Naxçıvani küçəsində olub, müəmmalı cinayətlə bağlı bəzi detalları əldə edib. Məlum olub ki, təxminən iki həftə əvvəl 1939-cu il təvəllüdlü Elbrus Muradovun mənzilindən 10 min manata yaxın pul oğurlanıb. Ailə bununla bağlı polisə müraciət edib və araşdırmalara başlanılıb. Dünən, yəni noyabrın 29-da axşam saat 20 radələrində isə naməlum şəxs həmin evin qapısını döyüb. Qapını 83 yaşlı E. Muradov açıb. Həmin şəxs kəsici alətlə hücum edib, E.Muradovun baş və boyun nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib. Həmin şəxs daha sonra mənzilə daxil olaraq onun ikinci qrup əlil olan oğlu Rahil Muradova zərbələr endirib və boğaz nahiyəsinə öldürücü xəsarətlər yetirib. Mənzildə digər otaqda olan yataq xəstəsi, E.Muradovun həyat yoldaşı 77 yaşlı Şahirə Muradovaya da çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirən həmin şəxs onun da öldüyünü düşünərək evi tərk edib. Bu zaman o, qonşuluqda yaşayan və işdən gəldikdən sonra nənəsigilə yeməyə gedən E.Muradovun 25 yaşlı nəvəsi Elbrus Ağalarovla qarşılaşıb.


Hadisə nəticəsində baş və boyun nahiyəsindən çoxsaylı xəsarətlər alan və dəhşətli cinayətin əsas şahidi olan Elbrus Ağalarov əməkdaşımızla söhbətində həmin şəxsin maskalı olduğunu deyib: "Mən həyətə daxil olanda babamın qan içində yerdə qaldığını gördüm, həmin vaxt maskalı şəxs evdən çıxırdı. Hündür, yekəpər bir insan idi, mənə hücum edərək vurmağa başladı. Ona dedim ki, sənin arxanca düşməyəcəyəm, qoy nənəmə-babama kömək edim. Məni buraxıb qaçdı. Tez evə daxil oldum, hamının qan içində qaldığını görüb qonşulardan kömək istədim. Xahiş edirəm, həmin adam tezliklə tutulsun”.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən və xəsarətləri nisbətən yüngül olduğundan evə buraxılan 25 yaşlı Elbrus həmin şəxsin özü ilə hər hansı əşya və sair aparmasını yaxşı xatırlaya bilmədiyini qeyd edib.

Hadisə barədə danışan qonşular Elbrus Muradovun və ailəsinin çox sakit, mədəni və ünsiyyətcil insan olduğunu bildiriblər. Onlar yaşadıqları ərazidə əvvəllər də oğurluq hadisələrinin olduğunu, baş vermiş cinayətin də tamah məqsədilə və ya 2 həftə əvvəl baş vermiş oğurluq cinayətilə bağlı ola biləcəyini ehtimal edirlər.

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. R.Muradov xəstəxanada vəfat edib.

Baş vermiş cinayətin üstünün açılması məqsədilə əraziyə istintaq qrupu cəlb edilib və intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol