“Nar” “Korporativ sosial təsir strategiyasının biznesə faydaları” seminarında iştirak edib

27-28 noyabr tarixlərində AmCham Azərbaycan və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Effektiv korporativ sosial təsir strategiyasının biznesə faydaları” mövzusunda tədbir keçirilib. Məqsəd qurumların KSM strategiyalarını daha da təkmilləşdirməsi üçün stimul yaratmaq, özəl və dövlət sektorları arasında əməkdaşlıq əlaqələrini gücləndirmək olub. Tədbir zamanı ölkədə həyata keçirilən mühüm sosial əhəmiyyətli layihələr müzakirə olunub, sonda iştirakçılara bu istiqamətdə fəaliyyətlərini inkişaf etdirmək üçün fərdi strategiyaların yaradılmasına dəstək verilib.
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























