• $
  • €
  • ₽
  • ₺
  • £

DİM dekabr və yanvarda planlaşdırılan bu müsahibələri ləğv etdi

DİM dekabr və yanvarda planlaşdırılan bu müsahibələri ləğv etdi
30.11.2022 17:56
Sentyabrın 6-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə qeydiyyatdan keçmiş namizədlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinə noyabrın 28-də daxil olmuş Elm və Təhsil Nazirliyinin 25 noyabr 2022-ci il tarixli №05-9-2460/16 nömrəli məktubunda Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddi, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı və yeni yaradılan agentliklərin strukturu və işçilərinin say həddi ilə bağlı təkliflər hazırlanır.

DİM-dən verilən xəbərə görə, Elm və Təhsil Nazirliyinin qeyd edilən məktubu nəzərə alınaraq sentyabrın 6-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında həmin nazirliyin Təhsilin inkişafı və proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə 21 dekabr 2022-ci il – 6 yanvar 2023-cü il tarixlərinə təyin edilmiş müsahibələr ləğv edilib.

"Əlavə olaraq bildiririk ki, qanunvericiliyin tələbinə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak isə ödənişlidir.

Müsahibələrin ləğv edilməsi namizədlərin ödənişsiz iştirak etmək hüququna malik olduğu müsahibə sayı hesablanarkən nəzərə alınacaq, habelə müsahibədə iştirak etmək üçün namizədlər tərəfindən ödənilmiş məbləğ geri qaytarılacaqdır”, - məlumatda deyilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol