• $
  • €
  • ₽
  • ₺
  • £

Uğurlu karyera və parlaq gələcəyə əmin addımlarla!

Uğurlu karyera və parlaq gələcəyə əmin addımlarla!
30.11.2022 20:55
Azercell-dən SOS Uşaq Kəndləri yetirmələrinin məşğulluğuna dəstək  


"Azercell Telekom” MMC həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində gənclərin təhsili, peşəkar inkişafı və işlə təmin olunması istiqamətində layihələrini davam etdirir. Ölkənin lider mobil operatorunun "SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə tərəfdaşlıqda valideyn himayəsindən məhrum gənclərə karyera quraraq güvənli gələcəyə addımlamaq üçün geniş imkanlar açır. Layihənin məqsədi SOS Uşaq Kəndlərində və icmalarda böyüyən 15-25 yaş aralığında 100 gənci iş bazarına hazırlamaq, mövcud fəaliyyətlərinin əhatəsini genişləndirmək və şəxsi inkişafları üçün yeni təşəbbüslər yaratmaqdır. 


Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə edəcək fəaliyyətlər ilk növbədə 8 moduldan ibarət məşğulluğa hazırlıq və kiçik sahibkarlıq mövzularında onlayn təlimlərdən ibarət olacaq. Liderlik bacarıqları, Kommunikasiya bacarıqları təlimləri, Maliyyə Savadlılığı kimi praktiki modullar, İnsan Qaynaqları menecerləri ilə müsahibələrin keçirilməsi planlaşdırılıb. Vebinarlar "YouthLinks” platforması üzərindən təqdim olunacaq. Layihənin növbəti mərhələsində iştirakçı gənclərin bilik, bacarıq və istəklərinə uyğun müxtəlif peşə təlimlərinə cəlb edilməsi nəzərdə tutulub. Yekunda isə peşə hazırlığını uğurla bitirmiş gənclərin həmin peşə sahələrində müxtəlif biznes nümayəndələrinin yanında təcrübə və mentorluq proqramı keçməsi planlaşdırılıb.  


Qeyd edək ki, kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının, hüquqlarının qorunması, onların keyfiyyətli təhsil alması, cəmiyyətə inteqrasiyası daima "Azercell Telekom”-un diqqət mərkəzində saxladığı sosial mövzulardandır



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol