• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əlil və uşaq arabaları üçün xüsusi taksilər istismara buraxıldı

Azərbaycanda əlil və uşaq arabaları üçün xüsusi taksilər istismara buraxıldı
08.04.2014 19:00

Əlilliyi olan sərnişinlərin sərbəst daxil ola və enə bilmələri üçün müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların idxalına artıq başlanılıb.

Habelə əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb". ANS PRESS-in məlumatına görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibəsində bildirib.Nazir qeyd edib ki, “ASAN xidmət” mərkəzlərində gözdən əlil vətəndaşların qəbul şöbəsinə və birbaşa xidmət sahəsinə gedə bilmələri üçün xüsusi işarələrlə təchiz olunmuş cığırlar, göstərilən xidmətlər barədə məlumat alınması üçün Brayl əlifbası ilə məlumat lövhələri və fövqəladə hallar üçün köçürülmə planları quraşdırılıb: "Sanitar qovşaqları əlillərin istifadəsi üçün uyğunlaşdırılıb. Bu mərkəzlər hərəkət imkanları məhdud vətəndaşlar üçün hətta əlil arabaları ilə də təchiz edilib. Həmçinin “ASAN xidmət” səyyar formada əlilliyi olan şəxslərə evlərində və iş yerlərində də pulsuz xidmət göstərir. Bu olduqca dəyərli təcrübədir və yarandığı bir il ərzində 1 milyondan çox vətəndaşa xidmət göstərmiş “ASAN xidmət” mərkəzlərinin cari il ərzində bütün ölkə ərazisini əhatə etməsi əlilliyi olan şəxslər üçün çox əhəmiyyətli olacaq". Nazir həmçinin əlavə edib ki, yeni istismara verilən piyada keçidləri fiziki imkanları məhdud olan insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz olunub: "Eləcə də onların hərəkət etmələrini və rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, dəmiryol stansiyalarındakı sərnişin platformalarının səthlərinin bərabər səviyyəyə gətirilməsi işləri davam etdirilir. Avtobuslarda əlil şəxslər üçün xüsusi yerlər nəzərdə tutulub. Əlilliyi olan sərnişinlərin sərbəst daxil ola və enə bilmələri üçün müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların idxalına artıq başlanılıb. Habelə əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb". Nazir qeyd edib ki, bu istiqamətdə digər sahələrdə də ciddi işlərin aparılması əsas vəzifələrdəndir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinə və “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsinə bununla bağlı xüsusi maddələr daxil edilib: "Həmin maddələrdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud infrastruktur obyektlərinin, yaşayış binalarının, iş yerlərinin, mədəni-tamaşa müəssisələrinin və idman qurğularının həmin insanların istifadəsi üçün uyğunlaşdırılması və s. ifadə olunub".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol