• $
  • €
  • ₽
  • ₺
  • £

Ağsuda şagird dörd ildir niyə birinci sinifdə oxuyur? - Video

Ağsuda şagird dörd ildir niyə birinci sinifdə oxuyur? - Video
01.12.2022 12:08
Ağsuda uşaq artıq dördüncü ildir ki, birinci sinifdə oxuyur. Bu barədə "Xəzər Xəbər"-ə uşağın valideyni deyib.
 
Valideyn övladının əsassız şəkildə sinifdən-sinfə keçirilmədiyini iddia edib.

Sözügedən hadisə Ağsu rayonu, Sanqalan kənd məktəbində baş verib.

Rayonun Qırlar kəndində yaşayan ailə iddia edib ki, onların uşağının yaşına uyğun dərslərdə iştirakına məktəbin direktoru imkan vermir.

Uşağın anası Narıngül Eyubova bildirib ki, övladı məktəbə getdiyi ilk günlərdə sinifdə müəllimin sərt davranışına görə dərslərdən soyuyub və məktəbə getmək istəməyib.

Ananın sözlərinə görə, bununla belə, atası uşağı may ayına qədər məktəbə aparıb. Tədris ilinin son 15 günündə isə atanın səhhətində yaranan problem səbəbindən uşaq da dərslərdə iştirak edə bilməyib. O qeyd edib ki, məhz bu 15 günə görə övladı sinifdən-sinfə keçirilməyib.

Sanqalan kənd məktəbinin direktoru Sihət Abdulov açıqlamasında valideynin dediklərini təkzib edib.

Direktorun sözlərinə görə, uşaq 2019-2020-ci tədris ilində birinci sinfə qəbul olunub, lakin il ərzində yalnız sentyabr ayında dərslərdə iştirak edib:
"Məktəbə adaptasiyasında problem yaşandığından bir neçə gün atası ilə dərslərə gəlib. Ancaq sonrakı aylarda ümumiyyətlə məktəbə gəlməyib. Ona görə də Pedaqoji şuranın qərarı və "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”a əsasən, uşaq sinifdə saxlanıb. Bu hal növbəti tədris illərində də təkrarlanıb. Hazırda şagird məktəbdə fərdi təhsilə cəlb olunub”. 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon sektoru da məsələdən xəbərdardır. Qurumdan bildirilib ki, uşağın valideyni onların ünvanına yazdığı izahat-məktubunda övladı üçün yaradılmış şəraitdən razı olduğunu bildirib.

"Adı çəkilən şagirdin əsassız yerə dərsə buraxılmaması və müəllimlər tərəfindən incidilməsi haqqında valideynin dedikləri isə doğru deyil”.

Daha ətraflı süjetdə:
 

 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol