• $
  • €
  • ₽
  • ₺
  • £

İran Qarabağa terror-diversiya qrupu göndərib? - 14 nəfərin kimliyi bilindi

İran Qarabağa terror-diversiya qrupu göndərib? - 14 nəfərin kimliyi bilindi
01.12.2022 12:11
Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib.

"Qafqazinfo” Xarici ölkə vətəndaşının Qarabağ ərazisinə qanunsuz gəlişi ilə bağlı yeni məlumatlar əldə edib.

Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır, onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndinə gəliblər və hazırda oradadılar.

İranlıların postu keçdikləri "Mersedes-Benz” avtomobilinin seriya nömrəsi 34-QA-444-dür.

Qanunsuz olaraq Azərbaycan ərazisinə keçmiş İran vətəndaşlarının kimliyini də tezliklə açıqlamağa çalışacağıq. 

Qəribədir ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən –  ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər  çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. 

Bəs bu 14 nəfərlik qrup Azərbaycanın Qarabağ bölgəsinə niyə gəlib və bu gizli səfərin məqsədi nədir? 

İranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir.   

Bu şəxslərin İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur – 14 nəfərdən 12-nin İzeh şəhərindən olması da təsadüfi deyil.  Bəzi məlumatlara görə, bu şəhərdə İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazası yerləşir. 

Görünür, 44 günlük müharibənin nəticələrini hələ də qəbul edə bilməyən və regionda nüfuzunu itirməkdə davam edən Tehran rejimi hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazini terror məkanına çevirmək planı üzərində işləyir.

Yəqin ki, rəsmi Bakının bu məsələyə sərt reaksiyası özünü çox gözlətməyəcək. İran tərəfi ən qısa zamanda məsələyə aydınlıq gətirməlidir – onlar gizli yolla Azərbaycanın ərazisinə nə məqsədlə gəliblər, onları kim göndərib və missiyaları nədən ibarətdir?

Rusiya sülhməramlıları isə bir daha göstərdilər ki, müvəqqəti nəzarət etdiyi əraziyə, əslində, ümumiyyətlə "nəzarət etmirlər”. Öz işini hər gün Azərbaycan toponimlərini təhrif edərək mənasız və boş açıqlamalar yaymaqla bitmiş hesab edən sülhməramlılardan ən sərt şəkildə izahat tələb etməyin vaxtı çoxdan çatıb.  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol