Bakının mərkəzində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Bakının “Neftçilər” prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbaill rayonu Neftçilər prospekti və “Azneft” dairəsində nəqliyyat vasitələrinin hərəkətinin hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılması gözlənilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























