Əlisa Nicat Prezident təqaüdü alacaq - AYB

Filosof-yazıçı Əlisa Nicat Prezident təqaüdü ala biləcək. Bunu APA-ya açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.
O bildirib ki, maddi vəziyyəti nəzərə alaraq gələn il üçün Prezident təqaüdü ala biləcək.
"Bundan əlavə, indiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüd almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma, indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək", - Xəyal Rza deyib.
Xalq yazıçısı Anar özü Əlisa Nicata müəyyən maliyyə yardımı edəcəyini açıqlamışdı.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























