• $
  • €
  • ₽
  • ₺
  • £

Narkotik ƏMƏLİYYATI - 72 nəfər saxlanıldı

Narkotik ƏMƏLİYYATI - 72 nəfər saxlanıldı
01.12.2022 18:30
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr-noyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, xuliqanlıq cinayətləri edən ümumilikdə 72 nəfər saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, həmin şəxslərdən 47-i narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.
 
Onlardan 34-ü barəsində məhkəmə tərəfindən həbs, 13-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən 2 kiloqrama yaxın marixuana, 1 kiloqram 300 qramdan artıq heroin, müxtəlif çəkidə psixotrop maddə olan metamfetamin, tiryək, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb. 

Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən və mağazalardan oğurluqlar edən 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
 
Bundan əlavə vətəndaşların etibarından sui-istifadə edərək onları işlə təmin edəcəyi barədə yalan vədlər verən və zərərçəkmişlərin 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirən 1, bankların qarşısında dayanaraq yaşlı insanlara kömək etmək adı ilə yaxınlaşan və pullarının ələ keçirən 1, soyğunçuluq və xuliqanlıq edən 3, hədə-qorxu ilə pul tələb edən 1 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub. 

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol