• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell və ADA tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

Azercell və ADA tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir
03.12.2022 13:17
Yeni əməkdaşlıq müqaviləsi çərçivəsində ölkənin lider mobil operatoru və ADA Universiteti dayanıqlı İnformasiya və Kommunikasiya texnologiyaları ekosisteminin yaradılmasına töhfə verməyə davam edəcəklər.
 
Dekabr ayının 2-i ADA Universitetində baş tutan tədbirdə hər iki təşkilatın nümayəndələri ali təhsil müəssisələri ilə biznes arasında tərəfdaşlığın vacibliyini vurğuladı və bu cür əməkdaşlıqların geniş əhatə dairəsini müzakirə etdi.
 
10 il davam edən əməkdaşlıq çərçivəsində, Azercell ADA Universitetində informasiya texnologiyaları və mühəndislik sahələri üzrə bakalavr təhsili alan tələbələr üçün təqaüdlər ayırıb, təlimlər təşkil edib və şirkətdə təcrübə keçmək imkanı yaradıb. Bununla yanaşı, Azercell ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərib.
 
ADA Universiteti ilə növbəti əməkdaşlıq müqaviləsinə imza atan Azercell, Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib. Həmçinin mobil operator universitet nəzdində İT həllərinin hazırlanması və texnoloji araşdırılmaların aparılması üçün lazımi şərtlərin yaradılmasına da köməklik göstərəcək.
 
Təhsilin tərəqqi və innovasiyanın əsas qayəsi olduğunu diqqət mərkəzində saxlayan Azercell bu istiqamətdə görülən işlərə dəstək olmağa davam edəcək. 









www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol