• $
  • €
  • ₽
  • ₺
  • £

24 saat fasiləsiz işləməyə məcbur edilirik- Naxçıvan DİN əməkdaşı

24 saat fasiləsiz işləməyə məcbur edilirik- Naxçıvan DİN əməkdaşı
03.12.2022 16:02
Naxçıvanda post-patrul əməkdaşları 24 saat fasiləsiz işləməyə məcbur edilirlər. Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən post-patrul xidməti əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, post-patrul əməkdaşları üçün növbəli iş rejimi nəzərdə tutulsa da, tətbiq edilmir.

"Biz normalda bir gün işləyib, bir gün istirahət edirik. İş rejimi belədir. İşlədiyimiz gün isə müxtəlif saatlarla növbələrə bölünməlidir, bir nəfər fasilə olmadan 8 saatdan artıq işləməməlidir. Amma biz həmin o bir günün 24 saatını fasiləsiz işləməyə məcbur edilirik. Bu isə həm fiziki, həm də psixoloji cəhətdən sağlamlığımıza ciddi zərər vurur.

Digər tərəfdən, biz nəzarətimizdə olan ərazidə daim patrul xidməti aparmalı, asayişi qorumalıyıq. Bunun üçün nəzərdə tutulmuş xidməti avtomobili bizə vermirlər, qarajda saxlayırlar. Məcbur öz imkanlarımızla, avtomobil tapmalı, yanacaq almalı oluruq. Aldığımız maaşın əksəriyyəti isə belə xərclərə, yol puluna, yeməyə və s. gedir. Bizə verilən əmək haqqıdan ayın sonunda 150-200 manat qalır bizə. Onunla isə ailəni dolandırmaq mümkün deyil. İşsizlik baş alıb getdiyi üçün işdən də çıxa bilmirik. Bunu bildikləri üçün hər fürsətdə daha da çox haqqımızı yeyirlər”, polis əməkdaşı bildirib.

Qurumun rəsmi saytında heç bir əlaqə telefonu yerləşdirilmədiyindən səsləndirilən iddialarla bağlı Naxçıvan MR DİN-in mövqeyini öyrənmək mümkün olmadı. (Yeniavaz)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol