Sumqayıtda evdə tək olan iki azyaşlı yanaraq öldü

Sumqayıtda iki azyaşlı yanaraq ölüb.
Fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir.
Hadisə baş verən zamanı evdə uşaqlar tək olub.
Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























