Sahil Babayev suallara cavab verməkdən yayınır - DEPUTAT

Büdcə layihəsi zamanı bəzi sosial problemləri gündəmə gətirməyimə baxmayaraq, Sahil Babayev onlara cavab verməkdən yayındı. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
"Qaldırdığımız məsələlərə lazımı səviyyədə cavab ala bilmirik. Plenar iclas zamanı da bir neçə sosial məsələlərə toxundum. İclasda çıxış edən Sahil Babayev bu məsələlərin üstündən keçdi. Elə yerlər var ki, 300 manatla dolanmaq mümkün deyil. Təklif edirəm ki, bunu 500 manata qaldıraq. Daha sonra Sahil Babyev 600 min uşağa sosial müavinət verildiyini açıqladı. Amma bunun hesabatı verilmədi. Pensiya yaşı ilə əlaqədar fikirlərimizə cavab almırıq. Gəlin oturaq müzakirə edək, niyə qaçırsınız? Bizim suallar açıq qalır. Bir neçə gün öncə qəbul zamanı insanların çoxu mənə pensiya və sosial müavinətlərin ala bilməməsindən narazılıq edirdi. Elektron sistemə keçilib, deyə cavab almaq çətinləşib. Təklif edirəm ki, bununla bağlı müzakirələr açaq”, - deputat bildirib.
Maliyyə naziri Samir Şərifov Vahid Əhmədova cavab olaraq bildirib ki, pensiya yaşından danışdıqda olduqca diqqətli olmalıyıq.
"Pensiya yaşının süni artrılması və azaldılması problemlər yarada bilər. Ömür uzunluğu dinamikası müsbətdir. Bu məsələ istəklə bağlı olan məsələ deyil. Əvvəl 12 il ştajı olan adam pensiya ala bilirdi. Amma indi normal pensiya əldə etmək üçün pensiya fonduna 35 il işləyib pul ödənilməsi lazımdır”, - nazir bildirib.
www.anews.az

Nazir açıqlayıb ki, bu məsələdə olduqca məsuliyyətli olmalıyıq və o pulu verməklə digər başqa problemlər yarada bilər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib