• $
  • €
  • ₽
  • ₺
  • £

‘’Azərbaycan Dəmir Yolları’’na yeni mətbuat katibi TƏYİN OLUNDU

‘’Azərbaycan Dəmir Yolları’’na yeni mətbuat katibi TƏYİN OLUNDU
05.12.2022 12:00
‘’Azərbaycan Dəmir Yolları’’ QSC-nin İdarə Heyətinin sədri Rövşən Rüstəmovun əmri ilə Sənubər Nəzərova qurumun mətbuat xidməti şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
 
ADY-dən  verilən məlumata görə, Sənubər Nəzərova korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə yerli və beynəlxalq təşkilatlarda 15 ildən artıq zəngin iş təcrübəsinə malikdir.
 
Sənubər Nəzərova bakalavr təhsilini ‘’Xəzər’’ Universitetinin Humanitar Elmlər fakültəsində ingilis və ərəb dilləri üzrə alıb. 2008-ci ildə ‘’Xəzər’’ Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini bitirib. 2009-2010-cu illərdə İsveçrə Federal Hökumətinin Cənubi Qafqazda həyata keçirdiyi ‘’CABİR’’ proqramı çərçivəsində ‘’The Graduate University of Geneve’’də təhsil alıb. 2010-cu ildə isə İsveçrə Liderlik Mükafatının qalibi elan olunub. Sənubər Nəzərova 2018-ci ildə BP və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilmiş Corc Vaşinqton universitetinin ‘’Layihələrin İdarəedilməsi’’ məktəbini uğurla başa vurub.
 
2003-2010-cu illər ərzində Bakıda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarda və diplomatik korpuslarda media və kampaniyaların təşviqi üzrə məsul vəzifələrdə çalışıb. 2007-2010-cu illərdə Minilliyin İnkişaf Məqsədləri üzrə vəkillik və lobbiçilik kampaniyalarını həyata keçirən  ‘’GCAP Europe’’ koalisyasında MDB və Balkan regionları üzrə media əlaqələndiricisi vəzifəsini icra edib. 2013-2020-ci illərdə ‘’SOCAR AQS’’ MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
 
Sənubər Nəzərova T3 Vəkfi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 2022-ci ilin may ayında Bakıda ilk dəfə olaraq keçirilmiş ‘’Teknofest Azərbaycan’’ Aerokosmik və Texnologiya festivalının PR meneceri vəzifəsini icra edərək tədbirin yerli və beynəlxalq mediada geniş ictimayiləşdirilməsini uğurla həyata keçirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol