• $
  • €
  • ₽
  • ₺
  • £

"Enerjini paylaş-telefonunu xilas et, qanını paylaş-insan yaşat" - FOTOLAR

"Enerjini paylaş-telefonunu xilas et, qanını paylaş-insan yaşat" - FOTOLAR
08.04.2014 14:49
Aprelin 8-də "Nar Mobile" ticarət markası "Nar Donor" adlı sosial layihəsinə start verib. Azerfon şirkətinin baş icraçı direktoru Kent Maknili layihənin sosial bir layihə olduğunu və əsas məqsədin ölkəmizdə qan donorluğuna ehtiyac duyan yüzlərlə insanın həyatını xilas etmək üçün ictimai diqqəti bu məsələyə yönəltmək olduğunu bildirib. Cənab Maknili layihənin uğurlu olacağına və insanların qan donorluğuna marağının artacağına inandığını bildirib. Layihənin simvolu olaraq "Android" telefonlarına bir-birindən enerji ötürən xüsusi kabellər istehsal olunub. Bu kabellər istifadəçilərə pulsuz paylanılacaq. Layihənin əsas məqsədi qan donorluğuna çağırış olduğu üçün sözügedən kabellər insanlara qan donorluğunun bir gün deyil, həmişə vacib məsələ olduğunu daima xatırlatmaq məqsədi daşıyır. Təqdimat mərasimində çıxış edən Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva, Beynəlxalq Talassemiya Federasiyasının idarə heyətinin üzvü Nailə Quliyeva da insanları qan donorluğu mövzusunda aktiv olmağa çağırıb. Layihə çərçivəsində 8-15 aprel tarixlərində qanköçürmə məntəqələri yaradılacaq və insanlara bu barədə məlumat veriləcək. Qeyd edək ki, qan donoru olmaq istəyənlər 9-11 aprel tarixlərində Nəsimi rayonu, M.Cəfərov küç.3005 ünvanında yerləşən "Nar Mobile" mağazası (14:00-18:00), 9-15 aprel tarixlərində isə Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küç.87 ünvanında yerləşən Mərkəzi Qan Bankına (9:00-18:00) müraciət edə bilərlər. Cəmilə İbrahimovaFoto: Orxan ƏzimANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol