Cəbhədə ağır yaralanan hərbçilərdən ikisi Bakıya gətirilib

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçulardan ikisi Bakıya təxliyə olunub. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yaralı əsgərlərdən Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunaraq təcili təxirəsalınmaz yardım göstərilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Hazırda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hadisə yerindədir. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Həlak olan hərbi qulluqçular: - kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;- əsgər Abdullayev Novruz Qurban oğlu. Yaralı hərbi qulluqçular: - əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;- əsgər Mirzəyev Alı Pənah oğlu;- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;- əsgər Talıbov Emin Talıb oğlu.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























