“Əli və Nino Qrup” ləğv olunur

Azərbaycanın aparıcı kitab mağazaları şəbəkəsindən biri olan "Əli və Nino”nun sahibi Köçərli Nigar Şahvələd qızının qanuni təmsiçisi olduğu "Əli və Nıno Qrup MMC” MMC (VÖEN - 1402996531) ləğv olunduğunu elan edib.
Ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 41, mənzil 75 ünvanına bildirmələri istənilir.
"Əli və Nıno Qrup MMC” MMC 18.12.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamanamə kapitalı 100 manat təşkil edir.
"Əli və Nıno Qrup MMC” MMC-nin qanuni təmsilçisi olan Nigar Köçərli tanınmış neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru, 1981-92-ci illərdə "Azneftgeofizika" tresti İB-də baş direktor olmuş Şahvələd Köçərlinin qızıdır.(Yeniavaz)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























