Azərbaycan ordusunun əsgəri özünü öldürüb

Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri intihar edib. Bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.
Hərbi qulluqçu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun dekabrın 5-i odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























