• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan,Əliyev və Ərdoğan sülh üçün birgə İrəvan,Bakı və ya Ankarada görüşə bilər

Paşinyan,Əliyev və Ərdoğan sülh üçün birgə İrəvan,Bakı və ya Ankarada görüşə bilər
06.12.2022 16:16
Bakı, İrəvan və ya Ankarada Paşinyan, Əliyev və Ərdoğanın üçtərəfli görüşü keçirilməsi yaxşı nəticələrin əldə olunması ilə nəticələnə bilər . Bunu Parlamentin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc deyib.


"Biz Ermənistanı inandırmalıyıq ki, onları Hindistandan aldıqları raketlər yox, Azərbacan və Türkiyənin qarantiyası xilas edə bilər. 6 oktyabrda Praqada  görüş olub. Ərdoğan-Paşinyan görüşü 100 ilin düşmənçiliyinə, qorxu və nifrətinə son qoymaq üçün ilk sınaq oldu. 1921-ci ildə Atatürk, Nərimanov və Lukaşinin tapşırığı ilə yüksək təmsilçilər dəfərlərlə görüşüb Qars müqaviləsini hazırlamışdılar. Türkiyə olmasa da Heydər Əliyevlə Köçaryan 1999-cu ildə sərhəddə görüşmüşdülər. Ona görə regionda barış üçün təşəbbüsləri xarici mərkəzlər linç edir. Milli informasiya məkanımıza yüzlərlə xəbər və kontentlərlə gündəmi formalaşdıran onlarla casus şəbəkələri var. Bir sözlə, Praqadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur" – deputat bildirib. 
 
Millət vəkilinin bu çıxışı Erməni mediasında gündəm xəbəri olub. Belə ki, deputatın bu təklifi yerli medianın əsas xəbəri kimi yayımlanıb. 

Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol