Tədris ilinin uzadılması nəyə hesablanıb? - Rəsmi açıqlama

Təhsil Nazirliyindən tədris ilinin uzadılması ilə bağlı açıqlama veriblər. ANS PRESS-in məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov keçirdiyi mətbuat konfransında tədris ilininn uzadılması məsələsinin yeni məsələ olmadığını deyib. O, bildirib ki, tədris ilinin uzadılması ötən il açıqlanan 2013-2014-cü illər tədris ilinin inkişaf prioritetlərində nəzərdə tutulub: “Azərbaycanda dərs həftəsi 32-dir. Mayın sonundan sentiyabrın 15-dək olan müddətdə şagirdlərdə müəyyən tətil boşluğu yaranırdı. Onlar bu müddət ərzində səmərəli işlərlə məşğul olmurdular”.Cəsarət Valehov bildirib ki, tədris ilinin uzadılması tədris proqramlarının yüngülləşməsinə gətirib çıxaracaq: “Bundan sonra şagirdlər bilikləri daha yaxşı mənimsəyəcəklər. Tədris ilinin uzadılması ölçüb-biçilmiş məsələdir”ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























