• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu il 71 qadın qətlə yetirilib

Azərbaycanda bu il 71 qadın qətlə yetirilib
06.12.2022 17:16
Aparılan monitorinqlərə əsasən,  Azərbaycanda 2022-ci ilin 11 ayında 71 qadın qətlə yetirilib. Bunu"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Oxu.az-a açıqlamasında bildirib.

"Qadınlardan 34-ü həyat yoldaşı, altısı qardaşı, üçü oğlu, dördü atası, üçü keçmiş həyat yoldaşı, beşi sevgilisi, dördü qohumu, biri nişanlısı və 11-i qeyri-müəyyən şəxs və ya şəxslər tərəfindən öldürülüb”, - o deyib.

Human Rights Watch təşkilatının 2022-ci ilin birinci yarısı üçün hazırladığı hesabatda qeyd olunur ki, Covid-19 ilə bağlı məhdudiyyətlər əlavə olaraq məişət zorakılığının artmasına səbəb olub və qadın sığınacaqlarının rəhbərləri sığınacaq axtaran qadınların sayında artım gördüklərini söyləyiblər. Qadın hüquqları müdafiəçiləri polisin məişət zorakılığı ilə bağlı xəbərləri qeydə almadığını və ya cavab vermədiyini,  bir neçə mövcud sığınacaqlara girişdə əhəmiyyətli maneələrin olduğunu biliblər.
 
"Qadınların partnyorları və ya qohumları tərəfindən qətlə yetirilməsi ilə bağlı artan böhran kimi görünən bir vəziyyətdə, qurbanlar sığınacaq yerinin olmaması və polisin qeyri-adekvat reaksiyası səbəbindən tez-tez sui-istifadədən xilas ola bilmir. Təkcə iyul ayında jurnalistlər beş qadının partnyorları tərəfindən qətlə yetirildiyini bildiriblər”, - hesabatda deyilir.
 
Human Rights Watch təşkilatının 2021- ci il  hesabatına görə, Azəbaycanda öncəki iki il ərzində qadınlara qarşı 14 975 cinayət faktı qeydə alınıb.  (2019-cu ildə 5706, üstəgəl 2020-ci ildə 5176 və 2021-ci ilin yanvar-sentyabr aylarında 4093).
O cümlədən, Qadınlara qarşı zorakılıqla bağlı 6091 iş (2019-cu ildə 2269, üstəgəl 2020-ci ildə 2067 və 1755-i Yanvar-sentyabr 2021). 6 834 cinayətkar  mühakimə olunub (2019-cu ildə 2 480, üstəgəl 2020-ci ildə 2414, 2021-ci ilin yanvar-sentyabr aylarında 1940). Ümumilikdə, ölkədə qısqanclıq, ailə münaqişəsi və digər məişət problemləri səbəbilə  bu müddətdə 2955 cinayət törədilib (2019-cu ildə 1026, üstəgəl 2020-ci ildə 973 və2021-ci ilin yanvar-sentyabr aylarında 956).
 
Amnesty International təşkilatı da 2022-ci ilin noyabr ayında CESCR qadınlara qarşı gender əsaslı zorakılığın yüksək halları və xüsusilə də məişət zorakılığı ilə bağlı hesabatlarında çox aşağı nisbəti və sağ qalanlar üçün sığınacaqların və dəstək xidmətlərinin məhdud olması ilə bağlı narahatlıqlarını qeyd edir.
 
Lida Abbaslı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol