• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda 100-dən çox İran mallarının ticarət mərkəzi açılacaq

Ermənistanda 100-dən çox İran mallarının ticarət mərkəzi açılacaq
07.12.2022 10:12
2023-cü ilin əvvəlində Ermənistanda 100-dən çox İran şirkətinin təmsil olunacağı ticarət mərkəzi açılacaq. Ermənistan mediasının məlumatına görə bu barədə  "Ermənistan-İran biznes əməkdaşlığının perspektivləri” mövzusunda müzakirələrdə Vardan Kostanyan deyib. 
 
"Bu, erməni sahibkarlar üçün geniş imkanlar yaradacaq, çünki mərkəz Ermənistanda iqtisadi əməkdaşlığın inkişafı və birgə biznes layihələrinin yaradılması üçün platforma rolunu oynaya bilər", - o deyib.

Kostanyan vurğulayıb ki, Ermənistan İranda Aİİ-nin üzvü kimi geniş şəkildə reklam olunur, burada birgə müəssisələr yaratmaqla ittifaq bazarına çıxmaq mümkündür.

"Biz eyni zamanda Tehranda oxşar ticarət mərkəzinin açılması üçün İran tərəfi ilə danışıqlar aparırıq. Danışıqlar effektiv şəkildə davam edir", - o deyib.

Vardannın fikrincə konkret açılış tarixləri barədə danışmaq hələ tezdir, qonşu ölkənin iqtisadi siyasətini nəzərə almaq lazımdır.

İranın Ermənistandakı ticarət nümayəndəsi Əkbər Qodari öz növbəsində Armavir bölgəsində İran kapitalı ilə mərkəzin açılacağını bildirib.

"Dövlət sektorunda bəzən problemlər olur, iqtisadiyyatda nöqsanlar olur. Biz Ermənistanla İran arasında aktivliyin artmasına təkan vermək üçün ticarət mərkəzinin yaradılması yolu ilə bu çatışmazlıqların bir hissəsini doldurmağa çalışdıq" - bildirib. 

O bildirib ki, Ermənistanın İrandakı ticarət nümayəndəsi ilə birlikdə iki ölkənin iş adamları arasında əməkdaşlığı inkişaf etdirə biləcək mexanizm barədə fikirləşiblər. Dəstək mexanizmlərindən biri də xərclərin demək olar ki, tam ödənilməsi ilə erməni iş adamlarının İranda biznes sərgilərində iştirakının təşkilidir.

"Ermənistandan İrana səfər etmək və biznes sərgilərində iştirak etmək istəyən iş adamları yalnız biletlər haqqında fikirləşə bilər, qalanını İran tərəfi təşkil edir. Biz də erməni tərəfi üçün B2B görüşlər təşkil etmək qərarına gəldik. Düşünürəm ki, bu, erməni iş adamlarına kömək edəcək. İranı və onun iqtisadiyyatını daha yaxşı başa düşürlər” - Qodari deyib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol