Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub- RƏSMİ/YENİLƏNİB

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.
Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.
Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.
Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
******
Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub.
Hadisə bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn Sumqayıt-Xırdalan-Bakı elektrik qatarında qeydə alınıb.
Hadisə nəticəsində piyadanın öldüyü bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























