• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 1 ay işıqsız qalan kənd

Azərbaycanda 1 ay işıqsız qalan kənd
08.04.2014 11:50
İmişli rayonu Ölcələr kəndində bir aya yaxındır elektrik enerjisinin verilişində problemlər yaranıb. Bu barədə kənd sakinləri ANS PRESS-ə şikayət ediblər. Sakinlərin sözlərinə görə, martın 16-da kənd ərazisində işıq transformatorunun yanması nəticəsində kəndə verilən işıq kəsilib. O gündən bu günə kimi kəndin işığı kəsilib.“Bayramı da işıqsız keçirtmişik. Maraqlanmışıq, işıq idarəsindən deyirlər ki, transformator yanıb. Pul yoxdur düzəltməyə. Camaata deyirlər ki, siz pul yığın, düzəldək. Bilmirik dərdimizi kimə deyək”, - deyə kənd sakini Anar Əliyev bildirib.Məsələ ilə bağlı kəndin elektriş idarəsinin əməkdaşı Mansur Tarıyevlə əlaqə saxladıq. Mansur Tarıyevin ANS PRESS-ə verdiyi məlumata görə, həqiqətən də transformatorun yüksək gərginli hissəsi yanıb. Lakin əhaliyə verilən işıq kəsilməyib. Hətta Mansur Tarıyev ANS PRESS-ə gileyləndi.“Məsələ ilə bağlı İmişli rayon Elektrik Şəbəkəsinə məlumat vermişik. Lakin hələlik məsələyə laqeyid münasibət bəsləyirlər. 60-cı illərdə çəkilən elektrik xətləridir. Köhnə xətlərdi. Hamısı yenilənməlidir. Deyirlər ki, bütün xətlər yenilənəcək. İndi gözləyirik”, - deyə Mansuz Tarıyev bildirib.Məsələ ilə əlaqədar İmişli rayon Elektrik Şəbəkəsinin müdir əvəzi Məhəmmədəli Kazımovun ANS PRESS-ə verdiyi məlumata görə, deyilənlərin hamısı yalandır.“Bu dəqiqə kənddə işıq var. İmişli rayonunda heç bir kənddə elektrik transformatoru yanmayıb. Sırağagün rayonda güclü külək idi. Onda problem yaranmışdı. 1-2 saat işıq olmadı. Dərhal problemləri aradan qladırdıq”, - deyə Məhəmmədəli Kazımov vurğulayıb.Onun sözlərinə görə, rayonda elektrik enerjisi 24 saat verilir. Heç bir işıq kəsilməsi yoxdur. Bir sözlə, “gül-gülü çağırır, bülbül-bülbülü”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol