“Sitatın sonu” bağlanıb, yoxsa davam edir? - Açıqlama

“Deputat Etibar Hüseynovun müəllifi olduğu “Sitatın sonu” verilişi bir layihədir. Hər həftə efirə getməsi nəzərdə tutulmayıb. Ona görə də 1-2 həftə efirə getməməsi o demək deyil ki, layihə bağlanıb”. Bu sözləri “Axar.az”a açıqlamasında ATV-nin Xəbərlər departamentinin müdiri Vaqif Aydınoğlu bildirib. Onun sözlərinə görə, “Sitatın sonu” verilişi hələ də davam etməkdədir: “Etibar Hüseynovun “Sitatın sonu” verilişi bağlanmayıb. Mövzu olanda efirə gedir, olmayanda getmir. Yəni verilişin bağlanması kimi bir söhbət yoxdur”. Xatırladaq ki, dünən mətbuatda millət vəkili Etibar Hüseynovun ATV-də yayımlanan “Sitatın sonu” verilişinin bağlandığı xəbəri yayılıb. Xəbərdə bildirilir ki, məcburi köçkünlər barəsində ifadələri üzündən hakimiyyət dairələrində sərt şəkildə danlanan deputatın ATV-dəki verilişi bağlanıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























