"Media haqqında" qanunu standartlara uyğunlaşdırmağa çağırırıq - Avropa Şurası

Azərbaycanın "Media haqqında” qanunu Avropa Şurası standartlarına uyğunlaşdırılmalıdır. Bu fikirlər, Avropa Şurasının Nazirlər Komitəsinin Strasburqda qəbul etdiyi qətnaməsində deyilir.
"AŞ NK Azərbaycan hakimiyyət orqanlarını "Media haqqında” Qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edir; onları bu işdə Avropa Şurası vasitəsilə təmin edilən təcrübədən tam olaraq yararlanmağa təşviq edir”, - sənəddə bildirilir.
Komitə həmçinin, Azərbaycan hökumətini "Media haqqında” qanunun tələblərini, xüsusilə də jurnalistləri, media subyektlərini Media reyestrinə daxil etmək və ya daxil etməməklə vəzifələndirilmiş Medianın İnkişafı Agentliyinin tərkibi və fəaliyyət təcrübəsi haqqında məlumatlar təqdim etməyə çağırıb.
Jurnalistlərə qarşı törədilmiş cinayətlərin araşdırılması, uyğun yerli məhkəmə təcrübəsinin yaxşılaşdırlması da sənəddə ifadə edilən çağırışlar arasındadır.
Avropa İnsan Haqları (AİHM) Məhkəməsinin qərarlarının icra durumu müzakirə olunan toplantının yekununda qətnamələr elan edilib.
www.anews.az

3 gün davam edən iclasda Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Kipr, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Malta, Moldova, Makedoniya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və Birləşmiş Krallıqla bağlı qərarların icra durumu araşdırılıb.
Azərbaycanda "Media haqqında" qanun 30 dekabr 2021-ci ildə qəbul olunub. Qanun 9 fəsil 78 maddədən ibarətdir. Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər öz əksini tapıb.
Qanun qəbul edilməzdən əvvəl layihəyə etiraz olaraq bir qism jurnalist Milli Məclisin qarşısında "İcazəli jurnalistika istəmirik" şüarı ilə aksiya keçirib.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib