• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbli sinif yoldaşının atası tərəfindən döyülüb - İDDİA

Məktəbli sinif yoldaşının atası tərəfindən döyülüb - İDDİA
09.12.2022 17:22
Abşeron rayonu, Masazır qəsəbəsində 8-ci sinif şagirdi M.Şirinovun döyülməsi ilə bağlı araşdırma başlayıb. 

DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev  bildirib ki, artıq övladının sinif yoldaşının atası tərəfindən döyüldüyünü deyən valideynlə qarşı tərəfin izahatları alınıb.
 
"Məktəblinin sinif yoldaşının atası və digər şəxslər tərəfindən döyülməsi ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təhqiqat araşdırması aparılır. Tərəflər polis orqanına dəvət olunmaqla izahatları alınıb. Hadisə zamanı alınan xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir”.

Məktəblinin valideyni oğlunun dünən təhsil aldığı orta məktəbdən qayıdarkən hücuma məruz qaldığını deyir.
 
"Oğlum M.Şirinov evə qayıdarkən dayanacaqda bir maşın saxlayıb. İçərisindən düşən üç nəfər küçənin ortasında, hamının gözü önündə uşağı möhkəm döyüblər. Yerə yıxıb sürüyərək, təpik və yumruqla çırpıblar, zorla maşına mindirmək istəyiblər. Dünən xəstəxanada uşağın yarılmış qaşına tikiş düşüb. Bədəni gömgöydür. Uşağı döyənlər onun sinif yoldaşının atası və digər şəxslər olub. Səbəb də uşaqların məktəbdəki mübahisəsi olub”.(Qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol