Yanvarda 5 gün iş olmayacaq

Gələn ay Azərbaycanda 5 gün iş olmayacaq.
Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.
2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.
Bununla da yanvarda ardıcıl 4 qeyri-iş günü olacaq. Yanvarın 20-si isə Ümumxalq Hüzn Günü olduğundan həmin gün qeyri-iş günüdür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























