• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda evə basqın edən şəxslər saxlanıldı

Bakıda evə basqın edən şəxslər saxlanıldı
10.12.2022 23:00
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində evlərdən birinə basqın edərək quldurluq əməli törədən dəstə üzvləri- Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ramazan Kərimov dayısının evində külli miqdarda pul olması barədə digər qohumu Əli Vəliyevə məlumat verib və həmin maddi vəsaitin ələ keçirilməsini təklif edib.

Sonuncu isə tanışları Orxan Musəvi və İlqar Xəlilovla həmin mənzilə basqın etmək barədə razılığa gəlib. Ramazan Kərimov dəstə üzvlərinə dayısının və ailənin digər üzvlərinin səhər saatlarında evdən çıxdıqları, mənzildə isə ailənin böyük oğlunun tək qaldığı barədə məlmat verib. Noyabr ayının 21-də dəstə üzvləri həmin mənzilə özlərini poçt əməkdaşı kimi təqdim edərək daxil olublar. Onlar ev sahibinin oğlunun sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurub və əllərində olan bıçaqla sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi ilə mənzilə basqın ediblər. Dəstə üzvləri daha sonra evdə olan 50 min dollar, 1900 manat və ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarını ələ keçiriblər.

Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdrəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər. (qafqaz.info)


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol