• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycanı Bəxtiyar Hacıyevi “tezliklə” azad etməyə çağırır

ABŞ Azərbaycanı Bəxtiyar Hacıyevi “tezliklə” azad etməyə çağırır
12.12.2022 11:57
ABŞ Dövlət Departamenti cümə günü hüquq müdafiəçisi və hökumət tənqidçisi Bəxtiyar Hacıyevin xuliqanlıq ittihamı ilə həbs edilməsinə dərin narahatlığını bildirərək hakimiyyəti dərhal onu azad etməyə çağırıb. Bunu Departamentin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat brifinqində "İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin həbsinə münasibət bildirərkən deyib. 
 

"ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə qətiyyətlə sadiq qalır və biz hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən öz fikirlərini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırışımızı bir daha təkrar edirik", - Patel əlavə edib.

İctimai fəal Bəxtiyar Hacıyev cümə günü saxlanılıb və onun barəsində 50 sutka həbs qətimkan tədbiri seçilib və  Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib. Həmin maddələr ilə o, pul cəriməsi və ya  3 ilədək azadlıqdan məhrum edilə bilər.
 
Vəkil bildirib ki, Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda səsləndirdiyi tənqidi  fikirlərinə görə  təqib olunduğunu bildirib.

Müdafiə tərəfi həmçinin qeyd edib ki, məhkəmə qərarı ilə razı deyil və həbs qətiimkan tədbiri barədə qərardan apellyasiya şikayəti vermək niyyətindədir. 
 
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur. Hacıyev və Alovlu  bir-birini böhtanda ittiham edirdilər.

Məhkəmə proseslərindən birində onlar arasında sözlü atışma başlayıb və davaya çevrilib. Bundan sonra Hacıyevə qarşı cinayət təhqiqatı başlayıb.


Gülnar Nazimqızı 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol