Jurnalist Sənan Ələkbərov həbs olunub- BAŞ PROKURORLUQ

"Kanals.az" internet portalının rəhbəri Ələkbərov Sənan Məmməd oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.
"KANALS.AZ" internet portalının təsisçisi və rəhbəri işləmiş Sənan Ələkbərov zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan dəfələrlə hədə-qorxu gəlib xeyli miqdarda pul tələb edib. Məsələ ilə bağlı Yevlac Rayon prokurorluğuna məlumat daxil olub və prokurorluqda Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Sənan Ələkbərov Göhər Süleymanova adlı şəxsin rüsvayedici fotoşəkillərini özünə məxsus olan "KANALS.AZ” saytında və həmin adlı "youtube” internet səhifəsində yayacağı və onu işlədiyi işdən çıxartdıracağı hədəsi ilə ondan 1000 manat məbləğində pul tələb edib. Təqsirləndirilən şəxs ona yaxın insandan hədə-qorxu ilə eyni şəkildə fərqli məbləğlərdə pul istəyib.
www.anews.az

Şəki Ağır Cinayətlər məhkəməsin 7 dekabr 2022-ci il tarixli hökmü ilə Ələkbərov Sənan Məmməd oğlu CM-nin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib