Azərbaycan dərmanların gətirilməsində dəyişiliklər gözlənilir

Azərbaycana şəxsi istifadə üçün gətirilən dərmanlarla bağlı yeniliklər olacaq. Bunu Dövlət Gömrük Komitəsinin müvəqqəti
icra edən şəxs Şahin Bağırlı Parlamentin bu gün keçirilən komitə iclasında
Gömrük Məcəlləsinin müzakirəsi zamanı deyib.
"Hazırda Səhiyyə Nazirliyi ilə bu istiqamətdə işlər aparılır.Yaxın vaxtlarda bununla bağlı hökumətə yeni layihə təqdim olunacaq, - Bağırlı deyib.
www.anews.az
"Hazırda Səhiyyə Nazirliyi ilə bu istiqamətdə işlər aparılır.Yaxın vaxtlarda bununla bağlı hökumətə yeni layihə təqdim olunacaq, - Bağırlı deyib.
Deputat Vahid
Əhmədov çıxışında bildirib ki, Azərbaycanda dərmanların qiyməti həddindən artıq
bahadır. Bu məsələ diqqətdə saxlanılmalıdır.
"İnsanlar ərzaqın bahalaşmasına bu qədər etiraz etmir. Əlaqə xərclər nə qədər olsa belə dərmanların 7-8 dəfə baha olması doğru deyil. Bu məsələyə nəzarət mexanizmi olmalıdır. Mən Türkiyədə 4 manata aldığım dərmanı Bakıda 28 manata satırlar. Bu məsələni diqqətdə saxlamaq lazımdır" - Əhmədov bildirib.
Millət vəkili Ziyad Səmədzadə də dərmanların qiymətinin yüksək olmasına narazılığını bildirib.
"Mən Azərbaycanda 1000 manata aldığım dərmanları Türkiyədə 60-70 manata almışam. Şəkər dərmanları istifadə etdiyim üçün həmin dərmanların da Azərbaycanda çox baha olduğunu bilirəm. Təklif edirəm ki, qiymətlərin baha olmasına nəzarət olsun", - deputat çıxışında deyib.
Gömrük Komitəsinin müvəqqəti icra edən Şahin Bağırlı bildirib ki, dərmanların qiymətinin baha olması gömrüklə bağlı məsələ deyil. Bu dərman şirkətlərinin digər xərcləri ilə bağlı ola billər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























