Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 42 mini ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 42 029 borcalana 2 milyard 397,327 milyon manat kredit verib.
Bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 331,176 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 934 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu” və "Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib