• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimov aksiya keçirənlərə səsləndi - Sizə dəstək olmağa hazıram

Mübariz Mənsimov aksiya keçirənlərə səsləndi - Sizə dəstək olmağa hazıram
13.12.2022 19:53
Azərbaycanlı iş adamı Mübariz Mənsimov Şuşada aksiya keçirən ekoloqlara müraciət edərək onlara dəstək olmaqla bağlı təklif edib.Bu barədə iş adamı öz facebook hesabında paylaşıb.

"İki gündür ki, Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçilərinin keçirdiyi etiraz aksiyasını izləyirəm. Əli silahsız insanlar Vətən uğrunda avtomat, pulemyot, hətta qumbaraatanlarla silahlanmış rus "sülhməramlıları" ilə qarşı-qarşıya dayanıb. Bu, mərdlik, cəsurluq, vətənpərvərlik nümunəsidir. Bu, əsl qorxmazlıqdır. Bu, Azərbaycan insanının daxili aləminin gözəlliyini göstərir. Hər bir kadrı, hər bir danışığı həyəcanla izləyirəm. Ürəyim, qəlbim, ruhum sizinlədir, qardaş və bacılarım. Sizə istənilən köməyi göstərməyə hazıram. Canla-başla... Bir kəlmə sözünüz yetərlidir. Sizin arxanızda güclü, qüdrətli, müasir Azərbaycan dövləti dayanır. Möhkəm dayanın, qürurla dayanın, Vətənimizi sevərək dayanın... Necə ki, dayanırsınız... Hər biriniz böyük və şanlı tariximizin daha bir səhifəsini yazırsız. İmzanızın səsi xoşbəxt gələcəyimizdə mütləq səslənəcək" - iş adamı yazıb.

Bazar ertəsi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və ictimai fəalların sülhməramlılarının erməni təxribatlarına qarşı Şuşanın girişində aksiya keçirirlər. Belə ki, onlar faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaradılmasını tələb edirlər.Aksiya iştirakçıları Sülhməramlıların rəhbəri Andrey Volkovun aksiya yerinə gəlməsini  tələb edirlər.

Ekoloqlar bildirir ki, ona Azərbaycanın müvəqqəti sülhməramlılar yerləşdirilmiş ərazilərində həm ekoloqlar, həm də QHT-lər tərəfindən monitorinqin keçirilməsi tələbi çatdırılacaq.
 
Gülnar Nazimqızı
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol