KOBİA-yaya 70 qadın sahibkar işləmək üçün müraciət edib

KOBİA-yaya müraciət edən 1332 müraciətdən 70-i Qarabağda
fəaliyyət göstərmək istəyən qadın sahibkarlardır. Bunu Milli Məclisin bu gün
keçirilən iclasında "Qanunvericilikdə qadın
sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən dinləmələrdə
KOBİA-nın sədri Orxan Məmmədov deyib.
"Müraciətlərin 37-si investisiya layihələri,13-ü
iş və xidmətlərlə bağlı və 20-si digər vətəndaş çüraciətləri ilə bağlıdır. Biznes
qurmaq istəyən qadın sahibkarların layihələrin 29-u ticarət və xidmət sahəsinə aiddir.
12-si sənayə, 12-si kənd təsərrüfatı, 9-u tikinti işləri, 4-ü turizm, 2-si
təhsil və 2-si isə səhiyyə və mədəniyyət sahələri üzrə olub”- Məmmədov
bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























