• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell innovasiyaları dəstəkləyir

Bakcell innovasiyaları dəstəkləyir
14.12.2022 19:57
Şirkətin baş sponsorluğu ilə İllik İnnovasiya Sammiti keçirilib
13 dekabr 2022-ci il tarixində Bakı Konqres Mərkəzində "PAŞA Holding”in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Bakcell şirkətinin baş sponsorluğu ilə 2-ci İllik İnnovasiya Sammiti baş tutub.

Tədbirin əsas məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.

Sammit zamanı aparıcı yerli və xarici şirkət nümayəndələrinin, dünyaca məşhur spikerlərin iştirakı ilə təqdimatlar, panel müzakirələri, çıxışlar, startapların təqdimatı və təlimlər baş tutub.

Tədbir çərçivəsində "Telekommunikasiya sənayesinin inkişafı üçün tərəfdaş ekosistemindən istifadə” mövzusunda keçirilən panel müzakirəsində Bakcell şirkətini marketinq rəhbəri Elçin Gülməmmədov təmsil edib. O, öz çıxışında Azərbaycanın "Speedtest Qlobal” İndeksində mobil internetin sürətinə görə regional lider olduğunu vurğulayıb:
 
"Bakcell şirkətinin internet sürəti üzrə göstərdiyi nəticələr həmin reytinqdə ölkəmizin ümumi mövqeyinə böyük təsir göstərib. Bakcell dörd il ardıcıl olaraq Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülüb. Bu isə ölkəmizdə telekommunikasiya sahəsinin inkişafının parlaq nümunəsidir. Bakcell insanlara ən keyfiyyətli şəbəkə ilə xidmət göstərməkdən çox məmnundur. Bütün bunlar isə sübut edir ki, ölkədə rəqəmsal xidmətlərin inkişafı üçün müvafiq infrastruktur mövcuddur”.

Bakcell şirkəti artıq ikinci ildir ki "PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən İllik İnnovasiya Sammitin baş sponsorudur



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol