İş axtaranların nəzərinə!

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənədlərinin qəbulu davam edir. ANN.Az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə bu ilin fevral ayının 15-də elan edilmiş növbəti açıq müsabiqə üzrə hazırda ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir. Əlavə məlumat Nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.Müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası onların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə cari ilin aprel ayının 14-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında müvafiq hazırlıq kursunun təşkilinə başlayır.Kursda iştirak etmək istəyən namizədlərin ərizələri Ədliyyə Akademiyasında (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31) qəbul olunur.Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























