Universitetləri bitirən şəxslər sertfikasiyaya cəlb edilməməlidir - DEPUTAT

Ali məktəbi bitirən şəxslər məktəblərdə dərs demək üçün sertfikasiya imtahanına cəlb olunmamalıdır. Bunu deputat Siyavuş Novruzov bu gün Milli Məclisdə "Dövlət
ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması”
mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
"İnsanlar ali məktəblərə etibar edir, illik 4-5 min manat pul ödəyir. Sonra da deyirik ki, müəllim işləmək istəyirsənsə gəl sertfikasiya imtahanı ver. Bəs bunun aldığı təhsil nədən ibarətdir? Əgər universitet bu təhsili verə bilmirsə həmin universitetlərin lisenziyası ləğv olunmalıdır. Təklif edirəm universitetlərimizə hörmət olunsun. Xariclə müqayisədə öz universitetlərimizə önəm verməliyik" - deputat bildirib.
Siyavuş Novruzov çıxışında onu da bildirib ki, universitetləri elə bir mərhələyə çatdırmalıyıq ki, xaricdə təhsil alanlardan öncə öz universitetlərimizin tələbələri işləmək şansını əldə etsin.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























