Məktəblərdə atestat verilmə ənənəsinə son qoyulmalıdır - Millət vəkili

Orta məktəblərdə məktəbi bitirir deyə atestat verilməsi ənənəsinə son qoyulmalıır. Bu sözləri millət vəkili Sabir Rüstəmxanlı Parlamentdə bu gün keçirilən "Dövlət ümumtəhsil müəssisələrində
işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən dinləmədə çıxışı zamanı deyib.
"Bizim dövrümüzdə müəllimlər bütün bölgələrdən gəlirdi. Bu pratika Türkiyədə də var. İndi orta məktəblərdə bu ənənə yoxa çıxıb. Məktəbləri dedi-qodu yerinə çeviriblər. Müəllimlərin seçilməsi prosesinə fikir vermək lazımdır. Digər problem kimi orta məktəblərdə atestat verilməsi ənənəsi ləğv edilməlidir. Oxuya bilmirsə qoy qalsın sinifdə. Məktəbi bitirmək xətrinə atestat alması səhv addımdır. Yeni nəsil üçün yeni metodlar düşünmək lazımdır"- deputat bildirib.
Sabir Rüstəmxanlı testlərin çətin olunmasından da narazılığını bildirib.
"Bəzən qarşıma testlər çıxır ki, baxıram bütün cavablar düzdür. Bu uşaq bu testi necə həll etsin. Ona görə dərsliklərə baxlmasını da məqsədəuyğun hesab edirəm" - deputat söyləyib.
Deputat həmçinin bölgələrdə xari dil üzrə dərs deyən müəllimlərin çatızmazlıq problemlini də diqqətə çatdırıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























