• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan hökuməti bu şəxslərə 10 min avro təzminat ödəməlidir

Azərbaycan hökuməti bu şəxslərə 10 min avro təzminat ödəməlidir
15.12.2022 19:33
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 15-də Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarlarını elan edib. Bu barədə Avropa Məhkəməsi gündəliyi məlumat yayıb
 

Məhkəmə 4 bənzər ərizəni – müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Cabbar Savalanlı və Murad Ədilovun və Müsavat Partiytası üzvləri Fərəc Kərimov və Sirac Kərimlinin ərizələrini birləşdirərək, birgə qərar çıxarıb.
 
Məhkəmə bu işdə bütün ərizəçilərə münasibətdə Konvensiyanın 5-ci maddəsinin (5.1 və 5.4) pozulmasına qərar verib. Konvensiyanın 18-ci maddəsi ilə bağlı iddiaları qəbuledilməz sayan Məhkəmə, digər iddiaları araşdırmağa ehtiyac olmaması qərarına gəlib.
 
"Hökumət qərar qəti olduqdan sonra ərizəçilərin hər birinə 10 min avro mənəvi zərər əvəzi təzminat ödəməlidir. Bundan əlavə, Fərəc və Sirac Kərimli işləri üzrə birlikdə xərc məsrəflərə görə 3 min, M.Adilov işində isə xərc və məsrəflərə görə 2 min avro ödənilməlidir”, - qərarda deyilir.
 
Bu iş ərizəçilər Cabbar Savalanlı, Fərəc Kərimov, Sirac Kərimli və Murad Ədilovun narkotik vasitələrin saxlanması və qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmaları, evlərində axtarış aparılması, istintaqa cəlb edilməsi ilə bağlı idi. Ərizəçilər hökumət əleyhinə fəaliyyətlərinə görə, qurama sübutlar əsasında, əsaslı şübhələr olmadan saxlanılma və həbs edilmələrindən, yerli məhkəmələrin onların həbsdə saxlanmaları üçün yetərli səbəblər təqdim edə bilməməsindən şikayət etmişdilər. Müxtəlif vaxtlarda verilmiş şikayətləri AİHM yeni icraatda birləşdirmişdi.
 
Lida Abbaslı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol