Qarabağa icazəsiz keçmək istədi - TUTULDU

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Sahil Rüstəmov idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib.
Sahil Rüstəmov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib