• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib
17.12.2022 20:30
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Tehran-Bakı aviareysi ilə gələn İran vətəndaşına aid çamadanlar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.
 
Bundan sonra sərnişin yoxlama otağına dəvət edilib, gömrük baxışı zamanı ona məxsus baqaj yüklərindəki geyim əşyalarının – şalvar və pencəklərin, hətta alt geyimlərinin, corabların içərisində 295 konvalyut, 169 ampul, 6 blister, 17 flakon, 10 ədəd maz şəklində olmaqla 77 adda müxtəlif növ dərman preparatları aşkar edilib. Aşkar edilən dərman preparatları arasında ölkə ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid "Alprozolam”, "Oxazepam”, "Clonezepam” "Alprokim” adlı dərman vasitələrinin də olduğu müəyyənləşdirilib.

Hazırda faktla bağlı araşdıma aparılır.

"Göründüyü kimi, antisanitar şəraitdə, hətta bəzi hallarda şəxsi istifadə adı altında psixotrop dərman preparatlarının ölkəmizə gətirilməsinə cəhd göstərilir ki, bu da "Dərman vasitələri haqqında” Qanunun və digər qanunvericilik aktlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkə əhalisinin sağlamlığına ciddi təhdiddir", - deyə Komitə bəyan edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol