Səhiyyə Nazirliyi ilkin tibbi yardım mövzusunda maarifləndirici tədbir keçirib

"Dəniz Mall” Ticarət Mərkəzində Səhiyyə Nazirliyi və 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən "İlkin tibbi yardım" mövzusunda təlim təşkil olunub.
Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə kollecin tələbələri tərəfindən asfiksiya və kliniki ölüm zamanı həkiməqədər ilk tibbi yardım üsulları nümayiş etdirilib.
Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.
Daha sonra 1 nömrəli Bakı Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə "İlk yardımı öyrən, həyat xilas et!” adlı fləşmob keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























