• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda oğurluqdan əldə etdiyi pulla səyahətə gedən şübhəli şəxs tutulub

İsmayıllıda oğurluqdan əldə etdiyi pulla səyahətə gedən şübhəli şəxs tutulub
18.12.2022 18:30
İsmayıllı şəhəri ərazisində yerləşən qızıl-zinət əşyaları mağazasından oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 25 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən mağazaya baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.

Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 32 yaşlı Adil Hacıyev saxlanılıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs səhər saatlarında Qazax rayonundan İsmayıllıya gəlib, burada kənardan mağazaları izləyib və daha sonra gecə saatlarında qeyd olunan obyektə daxil olaraq oradan oğurluq edib.

Adil Hacıyev hadisəni törətdiyi gecə İsmayıllıda qalıb, səhəri gün isə Bakı şəhərinə gedərək qızılları paytaxtın müxtəlif yerlərində satıb. Əldə etdiyi pulu xarici ölkələrdən birinə gedərək orada əyləncəsinə xərcləyib, geri qayıdarkən isə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol