• $
  • €
  • ₽
  • ₺
  • £

“Atalar Məktəbi” layihəsi başa çatıb

“Atalar Məktəbi” layihəsi başa çatıb
19.12.2022 11:09
"Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində "Gender Hub Azerbaijan” sosial platforması və "Azərbaycan Maarifçilər Assosiasiyası” tərəfindən icra olunub. 

16 dekabr tarixində Avropa İttifaqının, BMT-nin Əhali Fondunun, Milli Məclisin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Gənclər və İdman nazirliklərinin, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin, Atalar Məktəbində iştirak etmiş ataların və ata olmağa hazırlaşan şəxslərin, "Gender Hub” və Azərbaycan Maarifçilər Assosiasiyasının təmsilçilərinin, eləcə də media mənsublarının iştirakı ilə layihənin bağlanış mərasimi baş tutub.

Ötən 5 ay ərzində davam etmiş layihə ölkənin 8 bölgəsini - Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Tovuz, Ağstafa, Qax və Mingəçevir şəhərlərini əhatə edib. Layihənin gedişatında təşkil edilmiş təlim proqramına sadalanan bölgələrdən ümumilikdə 500-dək ata və ata olmağa hazırlaşan şəxs qatılıb. Layihə ataları övladlarının tərbiyəsi və inkişafı prosesində fəal iştiraka, habelə ev işləri və uşağa qulluq üzrə öhdəliklərin bərabər şəkildə paylaşılmasına həvəsləndirməklə ailələrdə mövcud zərərli davranış normaları və gender əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə vermək məqsədi daşıyıb. 

Layihənin təlim proqramı gender, gender-əsaslı cins seçimi və onunla mübarizə, gender əsaslı zorakılıq və onun ailədaxili münasibətlərə təsiri, məsuliyyətli atalıq, ataların uşaqlara göstərilən qayğı prosesində rolu, uşaqlarla birgə asudə vaxtın səmərəli keçirilməsi kimi mövzular üzrə keçirilmiş sessiya və ekstrakurrikular fəaliyyətlərdən ibarət olub. 

Layihənin gedişatında hər rayon üzrə iştirakçıların pediatr və psixoloqlarla görüşləri də təşkil olunub. Mütəxəssislərin iştirakı ilə ailədə gender rolları, cütüklərin evləndikdən sonra qarşılaşdıqları çətinliklər, prenatal və postnatal dövrdə ata və ananın psixoloji vəziyyətlərinin təhlili və erkən inkişaf dövründə uşaqlara düzgün qayğı kimi mövzular ətrafında mütəmadi müzakirələr keçirilib.

Sadalanan proqramlar Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol