Bəxtiyar Hacıyev aclığı davam etdirir - VƏKİL

İctimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını davam etdirdiyi bildirilib. Bu barədə onun vəkili Aqil Lahıc öz facebook sosial şəbəkəsində paylaşıb.
"Görüşdüm, özü qəti olaraq aclıq aksiyasının dayandırılması xəbərlərini təkzib etdi. Dedi mətuatda gedən informasiyalar reallığı əks etdirmir, qəti şəkildə reallığın təhrifidir. Təəssüf olsun ki, bu gün də aclığı dayandırma yönündə onu qane edə bilmədim",- vəkil qeyd edib.
Daha əvvəl "Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər özünün Facebook hesabında Bəxtiyar Hacıyevin aclıq aksiyasını davam etdirdiyini bildirib.
"Aclığı dayandırması ilə bağlı hökumət mediasının yaydığı məlumat yalandır. Bəxtiyarın durumu çox ağırdır. O, psixoloji, mənəvi işgəncə altındadır”, - Zaur Əkbər qeyd edib.
Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib. Həmin maddələr ilə o, pul cəriməsi və ya 3 ilədək azadlıqdan məhrum edilə bilər.
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur və bir-birini böhtanda ittiham edirdilər
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur və bir-birini böhtanda ittiham edirdilər
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























